<?xml version="1.0" encoding="UTF-8"?><song><hymn_number>455</hymn_number>
<lyrics>[V1]
 Xilaskarım, Sənə yalvarıram,
 Mən öz yaralı qəlbimlə,
 Qarşında göz yaşı axıdıram,
 Sənə baxıram mən ümidlə.

[C1]
   Mənə uzat Öz Müqəddəs əlini,
   Təmizlə günahlardan məni.
   Ürək əzabımı unutmaq istərəm,
   Yalnız Səndə dinclik tapar qəlbim.

[V2]
 Sənin önündə mən baş əyirəm,
 Qoynunda dincələrəm Sənin.
 Ehtiyacımı heç kəsə demərəm,
 Düşündürmür dərdim bir kəsi.

[C2]
   Sən isə Öz həlim Ruhunla
   Ürəyimə verərsən təsəlli.
   Şəfa verərsən yaralı ruhuma,
   Göstərərsən nurlu Xilas yolun.

[V3]
 Sən Özün güc ver, dözüm ver mənə,
 Çarmıxımı dinmədən daşıyım.
 Nə vaxt günah məni sövq etsə,
 Ondan üzümü döndərə bilim.

[C3]
   Bütün qəlbimlə sevim mən Səni,
   İnsanları Sən tək bağışlayım.
   Çətin anlarda dayaq ola bilim,
   Bütün qəlbimlə mən onları sevim.</lyrics>
<title>Xilaskarım, Sənə yalvarıram İL455</title>
</song>